Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    "Ötən turnirdə Teymur Rəcəbovun “sekundant”ı idim" – Nicat Abasov
    19.01.2024 22:03:20

    Aprelin 2-25-i aralığında Kanadanın Toronto şəhərində şahmat üzrə Namizədlər Turniri keçiriləcək. 8 şahmatçının mübarizə aparacağı yarışın qalibi şahmat tacı uğrunda matçda çinli dünya çempionu Din Lirenə rəqib olacaq. Namizədlər Turnirində ölkəmizi milli komandanın şahmatçısı Nicat Abasov təmsil edəcək.

    Prosport.Az xəbər verir ki, Nicat Abasov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına yarışla bağlı müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

    – Karyeranızda ilk dəfə Namizədlər Turnirində iştirak edəcəksiniz. Mötəbər yarışda iştirak sizin üçün nə deməkdir?
    – Hər bir peşəkar idmançının ən böyük arzusu dünya çempionu olmaqdı. Şahmatda dünya çempionluğuna gedən yol Namizədlər Turnirindən keçir və bu artıq son mərhələnin bir addımlığında olan mübarizədir. 

    – Yəni demək olar, karyeranızın əsas yarışıdır?
    – Bu fikirlə razıyam. Namizədlər Turnirində iştirak karyeramın dönüş nöqtəsidir. Şübhəsiz ki, karyeramın ən əsas yarışıdır. 

    – Namizədlər Turnirində iştirak edən şahmatçılar barədə fikrinizi bilmək maraqlıdır...
    – Yarışda olduqca gənc kollektiv var. Səhv etmirəmsə, yaşa görə 5-ciyəm. Məndən cavan 3 şahmatçı iştirak edir. Çox gənc heyət mübarizə aparacaq. Heyətdə olduqca iddialı şahmatçılar yer alıb. Gərgin mübarizə olacaq. Fikrimcə, Hindistanın 3 şahmatçısının iştirakçı olması xüsusi amildir. Adətən Hindistanı həmişə dünya çempionu Vişvanatan Anand təmsil edirdi. İndi isə 3 iddiaçıları yarışacaq. Turnirdə təcrübəsi heç olmayan 4 şahmatçı var.

    – Sizə görə ən çətin rəqib kimdir?
    – Ən çətin rəqib ilk növbədə özüməm. Yəni gücümü toplayaraq istədiyim oyunu nümayiş etdirsəm, hər bir partiyada bərabər mübarizə ola bilər.

    – Sizə qədər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Namizədlər Turnirində iştirak edib. Yarışın atmosferini hiss etmək üçün onlarla söhbətiniz olub?
    – Həm Teymur, həm Şəhriyarın bu yarışla bağlı böyük təcrübəsi var. Hər ikisi dəfələrlə Namizədlər Turnirində mübarizə aparıb. Ötən Namizədlər Turnirində Teymur Rəcəbovun komandasında yer almışdım, “sekundant”ı olduğum üçün bilavasitə yarışla maraqlanırdım. Prosesin gedişatında iştirak etməklə müəyyən təcrübə qazanmışam. Əlbəttə, iştirakçının fərqli öhdəlikləri var. Şübhəsiz mənim iştirakımda onların təcrübəsi əvəzsiz rol oynayacaq.

    – Sizin üçün əsas məqsəd nədir?
    – Yarış üçün əsas məqsədim hazırlıq prosesində əlimdən gələni etməyimdən başlayır. Maksimum yaxşı hazırlaşaraq turnirdə bəhrəsini görmək istəyirəm. Turnirdən sonra geri baxanda elə bir məqam olmasın ki, "kaş ki fərqli edərdim" düşünüm. Buna görə maksimum dərəcədə hazırlıqlı olaraq mümkün qədər yaxşı nəticə göstərməyi arzulayıram. 

    – Hazırlığa nə vaxtdan başlayırsınız?
    – Artıq hazırlıq başlayıb. Hazırlıqla bağlı yaradılan şəraitə görə Azərbaycan Şahmat Federasiyasına və şəxsən rəhbəri Mahir Məmmədova "çox sağ ol" deməliyəm. Federasiya dəstəyini əsirgəmir.

    – Müsahibəyə görə təşəkkür edirik. Şahmat həvəskarlarına nə demək istərdiniz?
    – Dünya Kubokunda göstərilən dəstəyə yenidən ehtiyacım var. Tək mən deyil, ölkəmizin bütün şahmatçılarına dəstək vacibdir. Bəzən uğursuzluq olur, amma inamı heç vaxt itirməyin. Hər birimiz uğurlu olmaq üçün çalışırıq. Onların dəstəyi bizə əlavə güc verir.

    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Futbol

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved