Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubunun tarixinə düşüb.
Prosport.Az xəbər verir ki, 28 yaşlı hücumçu klub tarixinin ən bahalı transferi olub.
I liqa təmsilçisi onun keçidi üçün Tailandın “Buriram Yunayted” klubuna 800 min avro ödəyib. Bununla da Ramil “Kocaelispor”un ən bahalı transferi adına yiyələnib.
Düzdür, “Kocaelispor” bunadək 2 futbolçu üçün də eyni məbləği ödəyib. 1996/97 mövsümündə vaxtı ilə "Xəzər Lənkəran"da da oynamış Ahmet Dursun, 1997/98 mövsümündə isə Ahmed Hassan üçün 800 min xərcləyib. Lakin avronun kursu nəzərə alınmaqla Ramilin keçidi klubun yeni rekord kimi tarixə düşüb.
Qeyd edək ki, Ramil Şeydayev Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalayıb.

