Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Türkiyədə hakimlərin oyun idarə etməsi mümkün olmadı" – Barış Şimşək
    19.01.2024 22:00:29

    AFFA Hakimlər Komitəsinin sədi Barış Şimşək affa.az saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir.

    – Təxminən 6 illik fasilədən sonra hakimlərin ölkə xaricində təlim-məşq toplanışı təşkil olundu. Komitə sədri kimi toplanışı necə qiymətləndirirsiniz, hər şey istədiyiniz kimi alındı?
    – Çox faydalı təlim-məşq toplanışı oldu. Toplanışın əsas məqsədi qış fasiləsindən sonra keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaqdır. Nəzəri məşğələləri keçən təlimçilər peşələrində ən yaxşı olanlar idi. Həm nəzəri məşqlər, həm fiziki hazırlıq, həm də hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından çox faydalı oldu. Çətin olacağını düşündüyümüz III, IV dövrənin oyunlarından əvvəl bizə hərtərəfli xeyri dəyəcək hazırlıq keçdik. Toplanışın yüksək səviyyədə təşkilinə görə AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm.

    – Hər kəsdə ən çox sual doğuran məsələ hakimlərimizin bu dəfə Antalyada yoxlama oyunlarını idarə etməməsi oldu. Bunun səbəbi nə idi?
    – Təşkilati səbəblərdən hakimlərin oyun idarə etməsi mümkün olmadı. Təbii ki, alınsaydı, bunun faydalı tərəfləri də ola bilərdi. Amma təlim-məşq toplanışında əsas məqsədimiz hakimlərimizin matç idarə etməsi deyildi. Bu mənim şəxsi düşüncəmdir, razılaşmayanlar da ola bilər. Digər fikirlərə də hörmətlə yanaşıram. Adından da anlaşıldığı kimi, əsas məqsəd təlim və məşq keçmək idi. Bizim əsas məqsədimiz hakimlərimizi texniki və fiziki olaraq çempionatın III və IV dövrələrinə hazırlamaqdır. Hakimlərin biri-birilərinə uyğunlaşmaları, bir ailə kimi birlikdə olmaları baxımından toplanışın çox faydaları oldu.

    Yoxlama oyunları idarə etməyə gəlincə, sizə bir misal çəkim.Toplanışa Avropadan nüfuzlu mütəxəssis dəvət edirsən, onun təlim keçdiyi müddətdə 8 hakimi prosesdən ayırıb oyunlara təyin edirsiniz. Bu doğru deyil. Amma bir az öncə vurğuladığım kimi, subyektiv yanaşmadır, fərqli fikirdə olanlar da ola bilər.

    – Toplanışa məşhur italiyalı Matteo Trefoloni də cəlb olunmuşdu. Onun fəaliyyəti nədən ibarət oldu, hakimlərimiz ondan nə öyrənə bildi?
    – Trefolonidən başqa, bizim köməkçi hakim təlimçimiz Tarık Onqun və mənəvi-psixoloji dəstək mövzusunda professor doktor Turqay Biçər toplanış ərzində bizimlə birlikdə oldu, öz sahələri üzrə təlim keçdilər. Müxtəlif mövzular üzərindən həm UEFA-nın bizə göndərdiyi, həm də Premyer Liqadan hazırladığımız epizodları izlədik, incələdik. Mənəvi-psixoloji dəstəkdən başqa, təxminən 25-ə yaxın texniki seans gerçəkləşdirdik. Bunun yarısını Matteo Trefoloni, qalanını isə Tarık Onqunla mən birlikdə həyata keçirdik. Bundan əlavə, Turqay Biçərin rəhbərliyi altında rabitə, komanda ruhu yaratmaq, liderlik, çətinliklərlə mübarizə aparmaq və s. mövzularda seminarlar təşkil etdik.

    – VAR-la bağlı seminarlar oldumu?
    – Bəli. Seminarı mən keçirdim. Epizodları izləyərək interaktiv, qarşılıqlı müzakirə şəklində bir neçə seansımız oldu.

    – Təlim-məşq toplanışı ərzində hakimlərdə ən çox nəyin istənilən səviyyədə olmadığını müşahidə etdiniz?
    – UEFA ilə sıx əlaqədəyik. Onların təlimatları çərçivəsində işimizi qururuq. Bizə təqdim olunan təlimatları ən yüksək səviyyədə hakimlərimizə aşılamağa çalışırıq. UEFA-nın bizə göndərdiyi yeni materiallar əsasında təlim-məşq toplanışı keçirdik. Hər hansı çatışmazlığın olduğunu düşünmürəm. Hakimlərimiz seminar ərzində keçdiklərimiz təlimləri mənimsədi. Nəzəriyyəni yaxşı bilməklə, onu meydanda tətbiq etmək hər zaman uğurlu alınmır. Təbii ki, bunu hər hakimə şamil etmək olmaz. Zatən, nəzəriyyəni tam şəkildə tətbiq etsək, hakim səhvləri olmaz. Əsas çatışmazlıq kimi bunu qeyd edə bilərəm.

    – Sizcə, hakimlər çempionatın qalan hissəsinə nə dərəcədə hazırdır?
    – Məncə, mümkün olan ən yüksək səviyyədə hazırdırlar. Toplanış ərzində həm biz bütün bilik və bacarığımızı onlara aşılamağa çalışdıq, həm də onlar ən yaxşı şəkildə mənimsəməyə səy göstərdilər. Belə qısa müddətdə yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm.

    Qış fasiləsinədək hakimlərin yaxşı performans nümayiş etdirdikləri fikrindəyəm. Çempionatın qalan oyunlarında daha yaxşı olmağa, ən pis halda əvvəlki kimi performansı qoruyacağımıza inanıram.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved