“Cəlilabad” klubunun baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XI turunda “Neftçi”yə 63:72 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis bunu heyətdəki zədəlilərin çoxluğu ilə əlaqələndirib:
“Neftçi”yə qarşı xüsusi planlarımız var idi. Əsasən rəqibin mərkəz oyunçusunu bağlamağa çalışırdıq. Heyətimiz tam deyildi, itkilərimiz var idi. Seyidhüseyn Eynullayev və Kobi Tomasın zədəsinin üstünə 2-ci hissə başlayan kimi Camani Pirsin zədəsi də gəldi. Camani ən güclü oyunçularımızdan biridir. Matçı onsuz davam etdirmək bizə əlavə çətinlik yaratdı və bu itkilərin nəticəsində 4-cü periodda fiziki cəhətdən çatdırmadıq. Yekunda məğlub olduq”.
Qeyd edək ki, “Cəlilabad” hazırda 15 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

