Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Təkbətək təzyiq etdik" – Evren Alkaya
    18.01.2024 11:57:19

    “Bizim oyunlar final əhəmiyyəti daşıyır. Hər matça son qarşılaşma kimi hazırlanırıq".

    Prosport.Az xəbər verir ki, bunları “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XI turunda “Şəki”ni 112:82 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

    Türkiyəli mütəxəssis “Şəki”nin basketbola yeni qədəm qoyan şəhər komandası olduğunu bildirib: "Federasiya ilə birlikdə yaxşı işlər görürlər, çalışırlar. Düzdür, bir az uğursuz matçlar keçirirlər, oyunları şanssız olur. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oyun göstərəcəklər, gözəl oyunları ilə hər kəsi sevindirəcəklər. Onlara uğurlar arzulayıram.

    Matça gəlincə, başlanğıc templi oldu. Hərəkətli oyun idi. Təkbətək təzyiq etdik, rəqib qısa zonada daha yaxşı olmağa çalışırdı. Bizim oyunçular bu həftə öndə daha sıx oynamağı məşq etdiyinə görə nəticə oldu. Çox top aldıq, sürətli hücumlarımız oldu, 2-ci şansa çox şərait yaratmadıq. İstər hücumda, istərsə də müdafiə olunarkən yaxşı oynadıq. İlk hissədə nəticəni aldıq. Zədəsiz qələbə əldə etdik. Rəqibin çox atış etməsinə mane olduq. Bundan sonrakı matçlara hazırlaşacağıq”.

    Evren Alkaya komandanın yeni transferlərini də dəyərləndirib: “Yeni transferlər komandaya sürət qatmaq üçün gətirildi. 2 hücumçu heyətə qatdıq, onlardan 1-i hazırda zədəlidir. Digəri isə meydanda yaxşı işlər görür. Problemli yerləri təcrübəli oyunçularla sığortalamağa çalışırıq. Ribaundlarda istədiyimizi etdik. Hücumda düşündüklərimizi etməyə başlamışıq. Tam komplektləşmək üçün zamana ehtyacımız var. Hər şeyi tamamilə dəyişdirdik. Daha 10-15 günə ehtiyacımız var. Azərbaycan Kubokuna qədər matçlarda istədiyimiz əldə etsək, bundan sonra daha yaxşı olacağıq”.

    "Şəki"nin "sükanı arxasında" olan nigeriyalı baş məşqçi Aleksander Uco oyuna pis başlamadıqlarını söyləyib: "Amma sonradan müdafiədə yaxşı oynaya bilmədik. Çoxlu səhvlər buraxdıq və rəqib böyük fərq yaratdı. Halbuki son 20 dəqiqə bizim üçün pis keçməmişdi. Bizim əsas oyunçumuz zədəlidir və oyunu buraxırdı. Onun yoxluğu təsirsiz ötüşmədi. Yeni komandamız var. Ümid edirəm, vəziyyətdən çıxa biləcəyik".

    Basketbol

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved