Türkiyə Kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir.
Prosport.Az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" doğma meydanda "24 Ərzincanspor"u qəbul edib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) II Liqa təmsilçisi növbəti raunda yüksəlib. "Adana Dəmirspor" isə kubokda mübarizəni dayandırıb.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev bu oyunda iştirak etməyib. 29 yaşlı qapıçının adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

