"Mançester Yunayted" müdafiəçi Alvaro Karerası icarəyə verib.
Prosport.Az xəbər verir ki, İngiltərə təmsilçisi ispan futbolçunu "Benfika"ya göndərib.
20 yaşlı sol cinah müdafiəçisi 2023/2024 mövsümünün 2-ci yarısını icarə əsasında Lissabon təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Alvaro Karerası 2020-ci ilin sentyabr ayında "Real"ın akademiyasından heyətinə qatıb. İspaniya U-21 millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında "Qranada"da keçirib. Gənc oyunçu La Liqa təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

