Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunda mübarizəni dayandırıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi 1/16 finalda "Başakşehir"in qonağı olub.
Qarşılaşma İstanbul klubunun qələbəsi ilə bitib – 1:0. Vüsal bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Vüsal İsgəndərli "Adanaspor"la heç-heçə (1:1) etdikləri I Liqanın XVIII turunun matçında "Boluspor"da debüt etmişdi.

