Rusiyalı futbol meneceri Dmitri Selyuk maraqlı açıqlama verib.
Prosport.Az xəbər verir ki, Rusiya mediasına danışan tanınmış menecer "Qarabağ"ı Yunanıstan klublarından güclü hesab edib:
"Məhəmməd-Şəfi Süleymanov "Aris"də icarə əsasında çıxış edir. Orada oynamaq daha asandır. Cəmi bir neçə komanda var. "Olimpiakos", PAOK və "Aris". Bu klublar əksər hallarda avrokubokların qruplarına vəsiqə qazana bilmir. Azərbaycan təmsilçisi "Qarabağ" onlardan güclüdür".
Qeyd edək ki, Dmitri Selyuk "Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyovun meneceridir.

