"Neftçi" və "Qarabağ"la adı hallanan, Xorvatiya "Xayduk"unun ötən yaydan istədiyi "Şaxtyor"un futbolçusu Aleksey Kaşşukun hansı komandada oynayacağı böyük ölçüdə bəlli olub.
Prosport.Az xəbər verir ki, "Sabah"da icarə əsasında oynamış ukraynalıya "Bazel"dən təklif gəlib.
Hazırda İsveçrə çempionatında 12 klub arasında 11-ci pillədə yer alan "Bazel" Kaşuku heyətinə qatmağı planlaşdırır.
23 yaşlı futbolçunun xidmətində PAOK da maraqlıdır.

