"Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Prosport.Az xəbər verir ki, syerra leoneli futbolçu Alfa Konte ilə müqavilə imzalanıb.
23 yaşlı sol cinah vingeri "Nefçi"də 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Alfa Kontenin son klubu Plovdiv "Lokomotiv"i (Bolqarıstan) olub. "Neftçi" bu transfer üçün qarşı tərəfə 150 min avro pul ödəyib.

