Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" 2-ci yoxlama oyununda qalib gəlib.
Prosport.Az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistan təmsilçisi “Soqdiana”nı 3:1 hesabı ilə məğlub edib. Oyunda komandamızın qollarına İsa Suliman, Rövlan Muradov və Kamran Quliyev imza atıb.
Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzub – 0:3.

