Rumıniya mətbuatında "Neftçi"nin italiyalı hücumçu Andrea Kompanyonu transfer etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın sabiq baş məşqçisi Adrian Mutu "Styaua"nın forvardı ilə bağlı Rumıniya mətbuatına məlumat verub. O, "Digi Sport"a verdiyi açıqlamada "Neftçi"dən Kompanyo haqda ondan məlumat aldıqlarını bildirib:
"Bu haqda eşitmişəm. “Neftçi" rəsmiləri məndən Andrea Kompanyo haqda soruşdu. Onlara dedim ki, bəli, o, ötən mövsüm Duqanciçlə (ötən mövsüm "Rapid"də çıxış etmiş xorvatiyalı hücumçu Marko Duqanciçi nəzərdə tutur – red.) bombardirlik titulu uğrunda mübarizə aparan futbolçudur".
"Styaua" Andrea Kompanyonu 2022-ci ilin yayında Krayova "Universitatya"sından transfer edib. 27 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol vurub. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

