Azərbaycan Basketbol Liqasının X turu başa çatıb.
Prosport.Az xəbər verir ki, "Xırdalan" klubu səfərdə "Şəki" ilə qarşılaşıb.
II dövrənin matçı qonaqların 107:92 hesablı qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular "Şəki"dən Vanya Kinq (24 xal, 6 ribaund), "Xırdalan"dan isə Teyvion Körk (29 xal, 6 asist) olub.
X turun son oyununda isə "Gəncə" və "Sabah" klubları qarşılaşıb. Çempionatın lideri "Sabah" "Gəncə"yə 103:86 hesabı ilə qalib gəlib.
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kenyon Dulinq (23 xal, 3 asist), "Sabah"dan isə Entoni Vilson (36 xal, 10 ribaund) olub.

