"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan "Braqa" Portuqaliya çempionatının XVII turunda məğlubiyyətlə üzləşib.
Prosport.Az xəbər verir ki, səfərdə rəqib UEFA Çempionlar Liqasının iştirakçısı "Portu" olub. "Braqa" qalib gəlsə, 3-cü yerə yüksələcəkdi.
Lakin "Portu" hər hissədə 2 qol vuraraq, qələbəni təmin edib – 2:0.
Qeyd edək ki, "Braqa" 33 xalla 4-cü sıradadır.

