Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün 2-ci yoxlama görüşünü keçirib.
Prosport.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.
Murad Musayevin rəhbərlik etdiyi komanda meydançanı böyükhesablı məğlubiyyətlə tərk edib. Ukraynalılar 3 cavabsız qol sayəsində 3:0 hesablı qələbə qazanıb.
İqor Perduta (41), Felipe Rodriqes (72) və Viktor Korniyenko (84) qol müəllifi olub.
Qeyd edək ki, “Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlmişdi.

