"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov klubun televiziyasına açıqlamalar verib.
Prosport.Az xəbər verir ki, klub rəhbəri hazırda komandada pozitiv ab-hava olduğunu bildirib. O, "Neftçi"nin hədəfləri haqda da danışıb:
"Komandada çoxdan idi ki, müsbət atmosfer görmürdüm. İndi bunu görürəm. Bu, çox xoş idi. Futbolçular komandaya pozitiv ruhla qayıdıblar. Ötən il çətin keçdi. Buna baxmayaraq, 3-cü pillədə qərarlaşmışıq. Mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. İnanıram ki, yaxşı olacaq".

