Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün 2-ci yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Valdhof”la üz-üzə gəlib.
Matç Almaniyanın aşağı divizion klubunun böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0. Qolları Kevin Qoden (9), Bentli Bakster Ban (36) və Yezaya Hermann (76) vurub.
10:19
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün 2-ci yoxlama oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Valdhof”la üz-üzə gələcək.
Matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, “ağ-qaralar” ilk yoxlama görüşündə Türkiyənin “Ərzurumspor” komandasına 1:3 hesabı ilə uduzub.

