"Neftçi" klubunun baş icraçı direktoru Fərrux Mahmudov klubun rəsmi televiziyasına müsahibə verib.
Prosport.Az xəbər verir ki, o, "ağ-qaralar"ın hazırkı durumu, təlim-məşq toplanışı, transfer işləri barədə danışıb.
Fərrux Mahmudov 50-dən çox futbolçu ilə maraqlandıqlarını, onların 5-i üzərində fokuslandıqlarını və bunlardan 2-nə təklif göndərdiklərini açıqlayıb. O, hər iki futbolçunun hücumçu olduğunu və onlardan cavab gözlədiklərini deyib.

