“Turan Tovuz”un futbolçusu Sərtan Taşqının Türkiyənin “Manisa” klubuna keçidi rəsmiləşib.
Prosport.Az xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.
Azərbaycan millisinin üzvü TFF I Liqa təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşüb: “Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacağam”.
Qeyd edək ki, türk əsilli Azərbaycan futbolunun (keçmiş "İnter"in) yetirməsi olan Sərtan Taşqın cari mövsümün ilk yarısında “Turan Tovuz”un heyətində Premyer Liqada 16 oyun keçirib, 1 qol vurub.

