"Sumqayıt" klubu Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" ilə ev matçını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
Prosport.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının açıqladığı proqramda bildirilib.
Fevralın 4-də baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.
Həmçinin, "Kəpəz" "Turan Tovuz"la ev oyununu Qəbələdə keçirəcək. Buna səbəb Tovuz şəhər stadionunda işıqlandırma problemindən sonra yaranan problemdir.

