“Fənərbağça” yeni transferi Leonardo Bonuççi ilə müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisinin İstanbul klubu ilə sözləşməsi 6 aylıq – cari mövsümün sonuna kimi nəzərdə tutulub.
Leonardo Bonuççi 2023-cü ilin yayından Almaniyanın “Union” klubunda çıxış edirdi. İtaliya millisinin üzvü Berlin təmsilçisinin heyətində meydana çıxdığı 10 matçda 1 qol vurub.

