Təlim-məşq toplanışını Bakıda davam etdirən "Qarabağ” klubu ilk yoxlama oyununda böyükhesablı qələbə qazanıb.
Prosport.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri “Qarabağ-2” ilə üz-üzə gəlib. Görüş Premyer Liqanın liderinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ”ın heyətində Leandru Andrade, Olaviu Juninyu, Abdullah Zübeyr, həmçinin hərəyə 2 dəfə Nəriman Axundzadə və Hamidu Keyta fərqlənib. Əvəzedicilər Liqası təmsilçisinin qollarına isə Musa Musazadə və Nurlan Şabanov imza atıb.
Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə yoxlama oyununda münasibətləri aydınlaşdıracaq.

