Mövsümün 2-ci yarısının startına hazırlaşan “Sərhədçi” basketbol klubu heyətinə daha bir oyunçu qatıb.
Prosport.Az xəbər verir ki, Evren Alkayanın komandası ABŞ-li basketbolçu Leon Qilmor III ilə güclənib.
2.01 metr boya malik 28 yaşlı oyunçu artıq klubun düşərgəsindədir.
Qeyd edək ki, "Sərhədçi" bundan əvvəl Troy Kraknell və Kaleb Hanteri heyətinə qatmışdı.

