“Fənərbağça” klubunun heyətində ciddi itki baş verib.
Prosport.Az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Miqel Krespu sıradan çıxıb.
Portuqaliyalı futbolçu Super Liqanın “Konyaspor”la matçında (7:1) zədələnib. Onun ayaq əzələsində yırtıq aşkarlanıb. 27 yaşlı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, Miqel Krespu cari mövsümdə “Fənərbağça”nın heyətində meydana çıxdığı 17 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

