"Kocaelispor" klubuna keçəcəyi gözlənilən millimizin futbolçusu Ramil Şeydayevin Türkiyə təmsilçisindəki qazancı məlum olub.
Prosport.Az xəbər verir ki, 27 yaşlı hücumçu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro əldə edəcək.
Şeydayevin növbəti mövsüm üçün qazancı isə 550 min avro olacaq.
Qeyd edək ki, Tailandın "Buriram Yunayted" klubuna məxsus olan Ramil Şeydayevin I divizion klubu "Kocaelispor"la 1,5 illik müqaviləyə anlaşdığı deyilir.

