Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    “O, biletlərlə bağlı problem yaşadı” – “Neftçi”nin baş məşqçisi
    11.01.2024 14:38:58

    "Çox maraqlı qarşılaşma oldu. Ən böyük problemimiz 14 top itkisi idi. Bu, əsas liqada çıxış edən komanda üçün həddindən artıq çoxdur”.

    Prosport.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Anar Sarıyev deyib.

    Azərbaycan Basketbol Liqasının X turunda “Xəzri”yə 84:86 uduzan mütəxəssis bildirib ki, heyətdə olan problemlər nəticəyə təsir edib: “Kamran Məmmədov zədədən sonra cəmi 3 məşqdə iştirak edib və hələ tam özünə gəlməyib. Maykl Karter zədəlidir və 1-2 günə məşqlərə qoşulacaq. Ceyms biletlərlə bağlı problem yaşadı və 2 gün İngiltərədə qalmalı oldu. Oyun günü səhərə yaxın Bakıya çatdı və məşq etmədən meydana çıxdı. Yeni oyunçumuz Ulaşı müdafiədə çox bəyəndim. Əzmkarlıq göstərdi və çox yaxşı oynadı. Cəmi 2-3 məşqdə iştirak etdiyi üçün hücumda oyuna tam uyğunlaşa bilmədi. Matçın gedişində 17 top fərqi ilə geri düşdük. Təbii ki, bu çox böyük fərq oldu və səbəbini tam açıq deyə bilmərəm. Komandam sanki dayandı, oynamaq istəmədi. Sonuncu 5 dəqiqəni pressinq etməyə başladıq ki, oyunu geri qaytaraq. Hardasa alındı da. Amma hücumda yenə top itkilərimiz oldu”.

    Anar Sarıyevin məğlubiyyətdə basketbolçularının bir qədər yanlış qərarlar verməsinin də rolunun olduğunu deyib: “Pressinqdən sonra topu daha çox səbətin altına atmalı idik. 2 dəfə 3 xallıq top atdıq və məncə, bu düzgün deyildi, bir az gözləməli idik. Fərqi azaltmaq üçün daha çox səbətin altından yüklənib xal qazanmaq lazım idi. Hər səhv komandanı məğlubiyyətə sürükləyə bilər. 19 cərimə atışından 13-nü deyil, 17-sini dəqiq yerinə yetirsəydik, oyunu qələbə ilə başa vura bilərdik və yaxud 4 səhv etmədən 4-ə 1 çıxdığımız hücumlarda topu auta atmayıb səbətin altına atsaq, o 4 xal da bizə qələbə gətirə bilərdi. Deməyim odur ki, oyunçularım sonuncu 4 dəqiqəni tam mübarizə ilə bitirdilər. Baxmayaraq ki, 17 xal fərqlə uduzurduq, görüşdə qələbə də qazana bilərdik. Komanda ilə danışdım, çalışacağıq ki, ruhdan düşməyək və növbəti turlarda daha yaxşı oyun nümayiş etdirərək azarkeşlərimizi sevindirək".

    Qeyd edək ki, 10 turdan sonra 16 xala malik olan “Neftçi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

    Top oyunları

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved