“Qarabağ”ın 2023/2024 mövsümündə avrokuboklarda qazandığı gəlir müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu indiyə qədər 9 milyon 582 min avro gəlir əldə edib.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda UEFA Avropa Liqasında 1/8 finala yüksələrsə, daha 1,2 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

