"Qarabağ" klubunun futbolçusu Leandru Andrade karyerasını Çində davam etdirə bilər.
Prosport.Az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Çin Super Liqasında mübarizə aparan "Şanxay Şenxua" 24 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır.
Hətta Çin təmsilçisinin Kabo Verdedən olan oyunçunun keçidi ilə bağlı danışıqlar apardığı da iddia olunur.
Qeyd edək ki, "Şanxay Şenhua"ya ötən ayın sonlarında rusiyalı tanınmış məşqçi Leonid Slutski təyin olunub.

