Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Müsahibə
    "Mən də "Neftçi"də işləməyəndə, klubu tənqid etmişəm" – Danışır Əfəndi
    11.01.2024 09:37:50

    "Neftçi" yeni mövsümə kadr dəyişiklikləri ilə daxil oldu. Klubda struktur dəyişikliyi baş tutdu. Dəyişikliklərdən biri də media ilə əlaqələndirici şəxs funksiyasını daşıyan mətbuat xidmətinin rəhbəri postunda oldu. Sentyabrın 28-də klub yeni mətbuat katibinin Emin Əfəndi olduğunu bildirdi. İctimaiyyətin ilk olaraq "De, Gəlsin" meyxana yarışmasının aparıcısı kimi tanıdığı, Xalq artisti Miri Yusifin prodüserliyini edən Emin Əfəndinin "Neftçi"yə gəlişi necə baş tutdu?

    Prosport.Az olaraq bu və bizi maraqlandıran digər məsələlər barədə Emin Əfəndidən geniş müsahibə götürdük.

    "Fərrux Mahmudovdan bu barədə soruşmayacağam da"

    – 2021-ci ildə "Neftçi" TV-də yayımlanan "Ulduz stansiyası" verilişinin azarkeş kimi qonağı olmuşdunuz. Artıq "Neftçi"də rəsmi şəxs kimi çalışırsınız. "Neftçi"yə gəlişiniz necə baş tutdu, təklif kim tərəfindən gəldi?
    – Fərrux müəllim ("Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudovu nəzərdə tutur – red.) tərəfindən təklif gəldi. Onda ölkə xaricində idim. Dedim ki, gəlib detalları danışarıq. Gəldim, danışdıq, razılaşdıq... Ömür boyu nə işlə məşğul olmuşamsa, ürəyimdən gələn, arzuladığım işlər olub. Veriliş, jurnalistika ilə məşğul olmaq – bunların hamısı mənə ləzzət verib. Allah da bu baxımdan mənə yol açıb. Futbol da elə bir sahədir ki, uşaqlıqdan bu idman növü ilə maraqlanıram, onun xəstəsiyəm. "Neftçi" isə ən sevdiyim klub olub.

    – Yaxınlarda APA TV-yə verdiyiniz minimüsahibədə Miri Yusifin prodüserliyini yaxın dost olduğunuzdan, məcburiyyətdən etdiyinizi bildirmişdiniz. Belə çıxır ki, "Neftçi"yə gəlişdə hər hansısa məcburiyyət yoxdur?
    – Burada da ruh yaxınlığı var. Heç bir maddi, karyera marağı yoxdur. Azərbaycanda hər bir futbolçu nə vaxtsa "Neftçi"də oynamaq istəyir. Uşaqlıq vaxtı da toplar ucuz və "Neftçi" topları olurdu. Əslində həmin topların "Neftçi" adlanması baha olmasına görə idi. "Neftçi"də futbol oynamaq nəsib olmayıb. Amma klubda işləmək mənim üçün qürurverici bir şeydir.

    – Bəs bu iş təklifini verən baş icraçı director Fərrux Mahmudovla tanışlığınız haradan yaranıb?
    – Onunla elə onun iş otağında əyani tanış olmuşuq. Telefon zənginədək Fərrux müəllimlə şəxsən tanışlığım olmayıb.

    – Görünür, ona da namizədliyiniz müəyyən şəxslər tərəfindən verilib. Bəs, sizcə, niyə məhz Emin Əfəndi, başqası yox?
    – Vallah, heç bu barədə fikirləşməmişəm. Təklif olub, mən də demişəm ki, kluba kömək lazımdırsa, gələrəm. Klubda işləməyəndə də "Neftçi"nin tədbirləri ilə bağlı canla-başla kömək etməyə çalışmışam. Kim tərəfindən namizədliyim təklif olunub, bunu da bilmirəm.

    – Heç vaxt Fərrux Mahmudovdan da bu barədə soruşmamısınız?
    – Yox. Soruşmayacağam da. Mənim üçün artıq informasiyadır (gülür).

    "Neftçi" həmişə uduzanda "Feysbuk" profilimə klubun loqosunu qoyurdum"

    – Prodüserlik fəaliyyətində olduğunuzdan, bəzən "şou-biznes adamı hara, futbol klubu hara?" sözü qulağınıza çatırmı?
    – Dəyirman, HOST, Qaraqan, Miri Yusifdən bu yana apardığımız fəaliyyəti götürsək, heç kim deyə bilməz ki, bu, şou-biznesdir. Heç vaxt özümüzü şou-biznesə aid etməmişik. Mən şou-biznes adamı deyiləm. Amma başqa sahədən gələndə insanların "şou-biznes, "KVN-şik"ləri doldurublar "Neftçi"yə" kəlməsini normal qarşılayıram. Bəlkə mən də onların yerində olsaydım, eyni düşüncədə olardım. Əgər sevdiyin klub gözlənilən nəticəni vermirsə, onun haqda milyon dənə söz demək olar. Amma mən futbol oynamıram, mətbuat xidmətinin rəhbəriyəm. Məncə, bunun üçün jurnalistika savad və biliyim var.

    – İstənilən halda, həmin adamların dili ilə desək, "şou-biznes adamı" üçün rəngli sahədən ağ-qara "Neftçi"yə keçmək işində çətinlik yaratmır? Məsələn, idman mətbuatı ilə yola getmək olur?
    – Əlbəttə, hər sahənin çətinlikləri var. Amma bu çətinlikləri idman mətbuatı ilə əlaqələndirmirəm. Bura gəlməzdən əvvəl mənə demişdilər ki, idman mətbuatı ilə işləmək çox çətindir, sən oradan baş çıxara bilməzsən. Gözümü qorxudurdular. Amma yaxından tanış olduqca görürsən ki, fərdi baxımdan idman mətbuatında çalışan insanlar normal insanlardır, peşəkar jurnalistlərdir. Ən böyük çətinlik ondan ibarətdir ki, iş görülür, amma həftəsonu komandan uduzur. Bu, mətbuat xidməti üçün böyük faciədir. Çünki sən gərək işlərini yenidən sıfırdan qurasan. Burada nəsə qurursan, komanda uduzanda o dağılır. Bu hamımıza təsir edir, işimiz də çətinləşir. Amma başqa sahələrdə belə deyil. İdman jurnalistlərinin bəlkə də çoxu "Neftçi" azarkeşləridir, həm də əzabkeşləridir. Onlar da istəyir ki, "Neftçi" üçün yaxşı olsun. Mən də "Neftçi"də işləməyəndə, klubu sosial şəbəkədə tənqid etmişəm. Azarkeş olan vaxt "Neftçi" həmişə uduzanda "Feysbuk" profilimə klubun loqosunu qoyurdum. Fikirləşirdim ki, komandaya belə dəstək olaram. Amma indi qələbə qazananda belə, "Neftçi" tənqid olunur. Bəlkə də uduzanda, o cür tənqid edilmir. Mən azarkeş olanda komanda pis oynayıb, qalib gələndə də heç nə yazmırdım. Fikirləşirdim ki, burda kiminsə haqqına girərəm.

    – Bu yaxınlarda belə bir xəbər yayıldı ki, "Neftçi" TV maliyyə səbəblərindən bağlana bilər...
    – Əvvəla, onu bildirim ki, mənim "Neftçi" TV-yə heç bir aidiyyatım yoxdur. Amma klubun bir işçisi kimi deyə bilərəm ki, belə bir söhbət yoxdur. Hər halda, olsaydı, mən bilərdim.

    "Məni bura təyin ediblər ki, jurnalistlərlə dostluq edim"

    – CV-nizdən də məlum olduğu kimi, əvvəllər idman saytınız da olub. O necə yarandı və niyə indi fəaliyyət göstərmir?
    – O vaxt rus dilində verilişlərə məhdudiyyət vardı. Biz də fikirləşdik ki, internet üzərindən Azərbaycan futboluna dair rus dilində veriliş açaq. 2014-cü ildə “Just football” verilişini internet üzərindən yayımlamağa başladıq. Sponsorumuz da mobil operatorlardan biri idi. İlk verilişə o vaxt "Qəbələ"nin baş məşqçisi işləyən rusiyalı Yuri Syomin gəldi. Daha sonra "Qəbələ"nin rusiyalı futbolçusu Marat İzmaylov, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev qonağımız oldu. İndi "Neftçi"də idman müşaviri işləyən Kamil Məmmədov verilişimizin daimi eksperti idi. Menecer Erkin İbrahimov, futbolçu Vaqif Cavadov, məşqçi Şahin Diniyev də gəlirdi. Daha sonra bu verilişin bazasında futbol saytı açdıq. Sonra ölkədə manatın məzənnəsinin düşməsi ilə əlaqədar olaraq saytı bağladıq.

    – "Neftçi"ni orada tənqid edirdiniz?
    – Təbii ki. Medianın işi uğursuz nəticəyə görə tənqid etməkdir. Düzdür, indi klub rəsmisi kimi tənqidləri qəbul etmək çətin olur. Amma haqlı tənqidi normal qarşılayırıq.

    – Tənqidlərin içərisində nəyəsə hesablanmışları da olur?
    – Vaxt itirib, bu barədə fikirləşmək olar. Ancaq gəldiyimiz nəticə nə olacaq? İstənilən halda, o tənqid nəyəsə əsaslanır. Fikrimcə, o tənqidin əsaslandığı faktı düzəltmək lazımdır, nəinki o tənqidin arxasında dayanan qərəz haqda fikirləşmək. Məni isə bura təyin ediblər ki, jurnalistlərlə dostluq edim. Tənqidi fikirlərinə görə o jurnalisti “qara siyahı”ya salmaq niyyətimiz də olmayıb. Ancaq bəzən "Neftçi" filan futbolçu ilə anlaşdı" kimi xəbərlər olur ki, heç bir fakta əsaslanmır. Belə xəbərlərdə, böyük ehtimalla, kiminsə marağı olur.

    "İsmayıl Abdullayev Azərbaycanda ən çox bəyəndiyim şərhçilərdəndir"

    – Ötən il radioda yayımlanan "Səhərin şərhi" verilişi barədə də danışaq...
    – O verilişin layihə rəhbəri idim. İsmayıl Abdullayev, Xəyalə Şahlarlı və meyxanaçı Kərim Abi ilə maraqlı müzakirə gedirdi. İsmayılla Xəyalə həm də "Neftçi" TV-nin aparıcıları, prodüseri isə Əliheydər Zeynalzadə  idi. Sonra onlarla da birgə "Neftçi"də işləmək qismət oldu.

    – İsmayıl Abdullayevin "Neftçi"dən ayrılmasının səbəbi nə oldu?
    – İsmayıl Azərbaycanda ən çox bəyəndiyim şərhçilərdəndir. "Neftçi"yə gələndə özümlə onu Xəyalə ilə birgə mətbuat xidmətinə də dəvət etdim. Onun əsas işi şərhçilikdir. Bu səbəbdən yeni yaradılan kommersiya telekanalına getdi. Dedi ki, işlərim çox olacaq, 2 işi çatdırmayacağam. Yəqin ki, daha yaxşı şəraiti olduğu üçün ora getdi.

    – Bilirəm ki, "Vosmoy" (8-ci km qəsəbəsi) uşağısınız. "Neftçi Arena" sizə bu baxımdan yad yer deyil. Bu arena ilə sizi nə bağlayır?
    – Həyatda nə arzulamışamsa, hamısı həyata keçib. Həmişə istəmişəm ki, "Vosmoy"un stadionu olsun. Elə alındı ki, vaxtı ilə yeniyetmə və gənclik illərimin keçdiyi ərazidə stadion tikildi və burada azarkeşlik etdiyim "Neftçi" oynamağa başladı. Bundan yaxşı nə ola bilər ki? Orada stadionun olması və insanların ora gəlməsi çox asan bir şeydir. İnşallah, yaxşı nəticələrlə və marketinq işi ilə bura daha çox azarkeş cəlb edəcəyik.

    – Siz gələndən oyun öncəsi futbolçuların mətbuat konfransı təşkil olunur. Başqa mətbuat xidmətinin nə yenilikləri bizi gözləyir?
    – Mətbuat konfransları bizim ideyamızdır. Biz futbolçular üçün şərait yaratdıq ki, oyun öncəsi çıxıb mətbuata danışsın, heç nə gizli qalmasın. Düşünürəm ki, bu uğurlu alındı. Ən azından ilk 2 konfransda iştirak edən Reziuan Mirzovla Rəhman Hacıyev oyuna çıxıb qol vurdu (gülür). Gələcək üçün böyük planlarımız var. Amma açıqlamaq istəmirəm. Çünki alınmasa, yalançı çıxaram. Mən hər zaman yeni ideyalar barədə fikirləşirəm.

    "Özümü lap Co Bayden kimi hiss etdim"

    – Yəqin ki, bu məsələlərin çoxu büdcəyə bağlı məsələlərdir...
    – Əgər bu tək büdcəyə bağlıdırsa, mən bunu ideya saymıram. Biz elə şey fikirləşməliyik ki, insanlar bunun ətrafında toplaşsın. Belə olduqda, pul tapmaq da asandır. Özü özünü maliyyələşdirən ideya da fikirləşmək olar. Futbolçuların mətbuat konfransını təşkil etmək üçün mikrofonumuz, "Neftçi" TV-miz var, jurnalistlərimiz var, onların telefonları var və s. İdeya nə qədər az pula bağlı olsa, onu daha rahat həyata keçirmək mümkündür. Pula bağlı olanda isə artıq sən kiminsə "okey"ini gözləməlisən. Əgər həmin layihə baş tutmayanda, pul aldığın yerdə gözükölgəli də ola bilirsən. Mən isə heç kimin pulu ilə risk etmək istəmirəm.

    – Siz bilirmisiniz, hazırda 10 Premyer Liqa klubunda çalışan həmkarlar arasında ən yaşlısı sizsiniz...
    – Özümü lap Co Bayden kimi hiss etdim, üzü o tərəfəyəm (gülür). Açığı, fikir verməmişdim. Klub 1937-ci ildəndir, özüm də 1978-ci ildən. Azərbaycanın ən yaşlı klubunun ən yaşlı mətbuat katibi (gülür)...

    – "Sumqayıt"la oyun öncəsi o məşhur "tekst bitdi" videosunun ideyası kim tərəfindən gəlmişdi?
    – Klubda kreativ komanda var. Onun düşünülməsi və sosial şəbəkədə paylaşılması Kommunikasiya departamentinə aid məsələdir. Amma bu, komanda işidir. Deyim ki, bu məsələnin mənə heç bir aidiyyatı yoxdur, düzgün olmaz. Sadəcə, bu, yaradıcı işdir və ona kənardan qiymət vermək bir az çətindir. Yenə deyirəm ki, hər şey nəticədən asılıdır. Əgər nəticə yaxşı olsaydı, bu cür söz-söhbət olmayacaqdı.

    "Hər dəfə "Yutub"da ona baxanda özümlə fəxr edirəm"

    – Mətbuat katibi kimi ilk işiniz, səhv etmirəmsə, sentyabrın 30-da VIII turun "Turan Tovuz"la səfər matçına təsadüf etdi. Amma həmin oyundan sonra keçirilən mətbuat konfransına Kommersiya üzrə direktor təyin olunmuş Rüstəm Allahverdiyev mətbuat katibi kimi çıxdı. Bu nə ilə əlaqədar idi?
    – Müşahidə etmək istəyirdim. Rüstəm də sağ olsun, bu işdə mənə kömək etdi. Konfransa mətbuat katibi kimi ilk çıxdığım oyun isə derbiyə qismət oldu. "Neftçi Arena"da "Qarabağ"la oyundan sonra debüt etdim.

    – Miri Yusif, "Dəyirman"ın, HOST-un üzvləri ilə yaxınsınız. Bu adamları "Neftçi"nin layihələrinə cəlb etmək barədə düşünmüsünüz?
    – Bu ola bilər. Ancaq onda da deyəcəklər ki, öz adamlarını gətirib (gülür). Amma klub üçün xeyirlidirsə, niyə də olmasın?! Onların özlərindən də belə bir istək gəlməlidir. Kiminsə "Neftçi"yə aid bir musiqi yazması və ya oxuması, əlbəttə ki, təqdirəlayiq hal olacaq.

    – 2011-ci ildə Heydər Əliyev Sarayında keçirilmiş boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminində də baş prodüser olmusunuz...
    – Bəli. Onda "MakKann Erikson" reklam şirkətinin Bakı ofisində işləyirdim. Onların vasitəsilə bu işə cəlb olundum. Kifayət qədər çox yaxşı tədbir alındı. Hər dəfə "Yutub"da da baxanda özümlə fəxr edirəm (gülür)... Həmçinin, bir neçə Azərbaycan Kubokunun final oyunları vaxt prodüserlik etmişəm.

    – Son olaraq bu sualı da soruşum. Müsahibənin başlığını da bu verilişin adına əsasən qoyacağam. Hazırda prodüserlikdən başqa, həm də "Asan Radio"da "Danışır Əfəndi" həftəlik verilişin layihə rəhbəri və müəllifisiniz. Bunlar "Neftçi"dəki işinizə mane olmur?
    – Xeyr, bir-birinə mane olmur. "Danışır Əfəndi"yə 1-2 saat vaxtım gedir. Həftədə 1 dəfə ölkə gündəliyindəki icmalı təqdim edirəm, həm də bunu özümün "Danışır Əfəndi" adlı "Yutub" kanalımda video şəklində paylaşıram. Kluba gələndə də bunları razılaşıb gəlmişəm.

    Səbuhi Musa

    Güləş

    "Çox medal qazandım, amma insan olaraq dəyişmədim" - Həsrət Cəfərov

    7.07.2025 17:44:39
    Müsahibə

    "AFFA-dan son "ok" gözləyirik" – "İmişli"nin prezidenti portuqaliyalı məşqçinin təyinatından danışdı

    6.07.2025 20:37:50
    Müsahibə

    "Azər Məmmədov olmadı, adaşım Azər Həşimov gətirildi" – "Karvan"la adı çəkilən məşqçi

    5.07.2025 19:14:51
    Müsahibə

    "Niderland uduzmasaydı, çox güman ki, final matçına mən təyinat alacaqdım" - Elçin Məsiyev

    3.07.2025 14:39:37
    Müsahibə

    "Vitse-prezident təyin olunmuşam, məşqçilər korpusunda dəyişiklik olacaq" – Kənan Kərimov

    1.07.2025 18:15:03
    Futbol

    "O, düşərgədə olmadığı hər günə görə cərimə olunacaq" – Rəşad Sadıqov

    1.07.2025 10:39:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" legioneri ilə müqaviləni yenilədi

    7.07.2025 18:43:34

    "Qarabağ" və "Sabah"ın sabiq futbolçusu "Karvan"da

    7.07.2025 18:36:08

    Asim Xudiyev Gürcüstana yollanacaq

    7.07.2025 18:18:32

    "Çox medal qazandım, amma insan olaraq dəyişmədim" - Həsrət Cəfərov

    7.07.2025 17:44:39

    "Araz-Naxçıvan" "Trabzonspor"la qarşılaşacaq

    7.07.2025 17:06:47

    PFL püşkatmanın vaxtını açıqladı

    7.07.2025 16:40:48

    "Sabah" - "Selye": Nə qədər bilet satılıb?

    7.07.2025 16:16:43

    ACF-nin ölkə üzrə payladığı tatami sayı 10000-i keçdi

    7.07.2025 15:51:46

    İmam Əli "İmişli"də - FOTO

    7.07.2025 15:23:51

    "Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Polşalı futbolçu

    7.07.2025 14:46:48

    "Şamaxı"dan ayrılıb, Litva klubuna keçdi

    7.07.2025 14:12:51

    Avropa çempionatında bürünc medal - VİDEO

    7.07.2025 13:40:50

    "Sumqayıt" yeni baş məşqçisini açıqladı - VİDEO

    7.07.2025 13:14:56

    Sabiq "Qarabağ"lılar bir komandada oynayacaq

    7.07.2025 12:42:19

    "Qarabağ" Ukrayna klubu ilə dördhissəli oyun keçirəcək

    7.07.2025 12:15:01
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved