"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) X turunun və II dövrənin açılış oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, "Xəzri" və "Neftçi" klubları arasında keçirilmiş oyunda mübarizə matçın son dəqiqələrinə qədər davam edib və yekunda "Xəzri" 86:84 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Xəzri"dən Amil Həmzəyev (22 xal, 8 ribaund), "Neftçi"dən Kamran Məmmədov (20 xal, 6 ribaund) olub.
Qeyd edək ki, X turun növbəti oyunları ("Sumqayıt" – "NTD-İndiqo", "Cəlilabad" – "Sərhədçi", "Şəki" – "Xırdalan", "Gəncə" – "Sabah") 12, 13 və 14 yanvar tarixlərində baş tutacaq.

