Millimizin futbolçusu Ramil Şeydayev karyerasını 2-ci dəfə Türkiyədə davam etdirməyə yaxındır.
Prosport.Az xəbər verir ki, bu barədə ilk məlumatı "Çağdaş Kocaeli” nəşri yayıb.
Bildirilib ki, Tailandın “Buriram Yunayted” klubunun hücumçusu “Kocaelispor”la anlaşıb. Tailand klubu ilə 1,5 illik müqaviləsi qalan 27 yaşlı hücumçunun I divizion təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb. “Kocaelispor” hazırda çempionatda 17 turdan sonra 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un formasını geyinib.

