Bu gün Azərbaycanın Premyer Liqa klubları yoxlama oyunları keçirib.
Prosport.Az xəbər verir ki, nəticələr bu cür qeydə alınıb:
"Qəbələ" – "Kəpəz" 1:2
Qollar: Ülvi İsgəndərov, 13 – Georgi Papunaşvili, 25. Murad Musayev, 32 (öz qapısına)
Qəbələ. Qəbələ şəhər stadionu
"Zirə" – "Araz-Naxçıvan" 2:1
Qollar: İlkin Muradov, 55. Salifu Suma, 71 – Orxan Əliyev, 69 (penalti)
Bakı. "Dalğa Arena"
"Turan Tovuz" – "Voluntari" (Rumıniya) 0:2
Qollar: Daniel Florya, 55. Ancelo Koçyan, 76
Antalya. "Topkapı Sport Center"
"Sabah" – "Rapid" (Rumıniya) 2:1
Qollar: Cessi Sekidika, 45. Anatoli Nuriyev, 68 – Borisav Burmaz, 61 (penalti)
Antalya. "Mardan" İdman Kompleksinin stadionu

