Türkiyənin Antalya şəhərindəki Bələk bölgəsində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin 2-ci yoxlama matçındakı rəqibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, komandamızın rəqibi Almaniya 3-cü Liqa təmsilçisi “Valdhof” klubu olacaq.
Matç yanvarın 13-ü Bakı vaxtı ilə saat 16:00-da “Qloria Sports Arena”da keçiriləcək.
Qeyd edək ki, "Neftçi" ilk yoxlama oyununda Türkiyənin I divizion klubu olan "Ərzurumspor"a 1:3 hesabı ilə uduzub.

