Qış transfer pəncərəsinin açılmasından istifadə edən “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.
Prosport.Az xəbər verir ki, komanda “Sabah”dan rusiyalı Eldar Ələkbərovu icarəyə götürüb.
Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində 17 nömrəli formanı geyinəcək.

