AFFA İcraiyyə Komitəsinin iclasının təxirə salınma səbəbi bəlli olub.
Prosport.Az xəbər verir ki, sabah Gəncədə keçirilməli və saat 14:30-da keçirilməli olan iclas komitənin bir neçə üzvünün son anda Gəncəyə səfərdən imtina etməsi ilə əlaqədar təxirə salınıb.
AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətində problem yarandığından, səfər baş tutmayıb.
Qeyd edək ki, həmin səfər vaxtı Gəncə Futbol Akademiyasının açılışı da nəzərdə tutulmuşdu.
16:31
AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.
Prosport.Az xəbər verir ki, bu barədə milli assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.
Toplantı sabah Gəncədə təşkil edilməli idi. İclasın yeni tarixi hələlik bəlli deyil.
Həmçinin, Gəncə Futbol Akademiyasının açılışı da bu səbəbdən təxirə salınıb.
13:47
Sabah Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Prosport.Az xəbər verir ki, saat 14:30-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.
Bunlar AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlərdir.

