Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Sabah”ın növbəti rəqibi bəlli olub.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi “Vorskla” ilə qarşılaşacaq. Oyun yanvarın 14-də keçiriləcək.
“Vorskla” Ukrayna Premyer Liqasında 17 turdan sonra 23 xalla 7-ci pillədə qərarlaşıb.
“Sabah” ötən gün ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.

