Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu yeni oyunçu alıb.
Prosport.Az xəbər verir ki, Kosovo əsilli almaniyalı sol cinah hücumçusu Arber Hoca heyətə cəlb olunub. 25 yaşlı futbolçu Xorvatiyanın “Slaven” klubundan transfer edilib.
Qeyd edək ki, “Dinamo”nun baş məşqçisi Sergey Yakiroviç bir müddət əvvəl verdiyi açıqlamasında komandasının hücum xəttindən narazılığını bildirib. Mahir Emrelinin isə Zaqreb klubunda az şans qazandığı üçün komandadan ayırlacağı haqda xəbərlər yayılıb. Ancaq onun zədələnməsi başqa kluba icayə verilməsinə mane olub.

