Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Azərbaycanlıların boyu balacadır" – "Sumqayıt"ın amerikalı basketbolçusu
    10.01.2024 10:07:02

    “Sumqayıt” basketbol klubunun forvardı Celon Endryus klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az amerikalı basketbolçunun müsahibəsini təqdim edir:

    – Basketbola marağınız necə yaranıb? Azərbaycana gələnə qədər hansı komandalarda çıxış etmisiniz?
    – Özüm Missisipi ştatında doğulmuşam.  Doğrusu, əvvəlcə beysbola maraq salmışam və bir müddət də bu idman növü ilə məşğul olmuşam.  Amma ucaboy olduğuma görə sonradan gücümü basketbolda sınamaq qərarına gəldim. Azərbaycana gələnə qədər kollec və universitet komandalarında çıxış etmişəm. İndiyə qədər “South Pike high school”, “Southwest Mississippi Community College” və “Kentucky State University” komandalarında oynamışam.

    – Azərbaycandan sizə təklif gələndə təbii ki, internetdə axtarış verib ölkəmizlə maraqlandınız. Nə diqqətinizi cəlb etdi? Fikirləşdiniz ki, bax, buna görə də məhz bu ölkəyə gedirəm?
    – Təbii ki, çox şeydən maraqlandım. Bunlardan biri də yeməklər idi. Daha sonra ölkə haqqında bəzi materialları oxudum. Bununla yanaşı, oynayacağım ölkənin basketbolunun hansı səviyyədə olması da önəmli məqam idi. Həmçinin çempionat oyunlarını izlədim. Həqiqətən də bu ölkəni sevməyə dəyər. Bura gəlməyimdə həmçinin “Sumqayıt”ın digər üzvü Cey Murelin də böyük rolu oldu. Biz ABŞ-da bir yerdə oynamışıq. Onun da məsləhəti ilə bura gəldim.

    – Yaxşı, bura gələndən sonra artıq əyani şəkildə nəyi gördünüz? Ölkəmizdə nəyi xoşlayırsınız?
    – Təbii ki, bəyəndiyim ilk şey kababdlr. Ümumiyyətlə, Azərbaycan əla ölkədir. İnsanlar çox mehribandır. Sadəcə, adamlara baxıram, boyunuz bir qədər balacadır.

    – Bəs Azərbaycan çempionatının səviyyəsi haqda nə deyərdiniz?
    – Azərbaycan Basketbol Liqası haqda ancaq müsbət fikirlər səsləndirə bilərəm. Burada çox yüksək səviyyəli əcnəbi oyunçular top qovur. Bu liqada oynamaqla hər bir əcnəbi oyunçu potensialını daha da inkişaf etdirə bilər. Çempionatınızda hər şey ürəyimcədir. 

    – Eyni fikirləri “Sumqayıt” haqda da söyləyə bilərsiniz?
    – Əlbəttə. Öz komandamı çox bəyənirəm. Biz hələ yeni komandayıq. Məhz bu səbəbə görə, mövsümə yaxşı başlamadıq. Amma sonradan bir-birimizə alışdıq və turlar ötdükcə nəticələrimiz yaxşılaşmağa başladı. Ümid edirəm ki, pley-offa vəsiqə qazanacağıq. Əlbəttə, ilk dövrədə keçirdiyimiz 9 oyunda cəmi 3 qələbə qazanmağımız elə də yaxşı nəticə sayıla bilməz. Amma nə edə bilərik, bu, basketboldur, burada qələbə olduğu kimi, məğlubiyyət də var. Amma bir qədər əvvəl də qeyd etdiyim kimi, biz yeni komandayıq. Bizim problemimiz ondadır ki, bəzi oyunlarda 3 dəqiqə ərzində xal qazana bilmirik. Belə məqamlar məğlubiyyətə yol açır. Qalib gəlmək istəyiriksə, həm də yaxşı müdafiə olunmalıyıq. Bununla yanaşı, hücum qurarkən yaxşı ötürmələr etməliyik.

    – Qarşıdakı illərdə hədəfləriniz nədən ibarətdir? Gələcək planlarınızı bizimlə bölüşə bilərsinizmi?
    – Əlbəttə, nə vaxtsa ABŞ-yə qayıtmaq fikrim var. Amma bir müddət Avropada oynamağı arzulayıram. Ən böyük arzum da burada Avroliqa komandalarından birinin diqqətini cəlb etməkdir. “Sumqayıt”da qalıb-qalmayacağıma gəlincə, bunu zaman göstərəcək. İndidən bu haqda heç nə deyə bilmərəm. Amma növbəti mövsümdə də bu komandada oynayacağımı istisna etmirəm.

    – Heç olmasa, öz çıxışınızdan razısınız?
    – Belə deyim də, hələ ki, öz oyunumu bəyənmirəm. Doğrusu, meydanda daha çox qalmaq istəyirəm. Mənim hazırda aqressiv oyuna ehtiyacım var. Ən böyük problemim budur.

    – Sonda II dövrə ilə bağlı proqnoz verməyinizi istərdim. Qarşıda bizi müntəzəm çempionatda daha 9 oyun gözləyir. Sizcə, komanda daha neçə qələbə qazanacaq?
    – Minimum 6, maksimum 8 oyunda qalib gələ bilərik.

    Müsahibə

    "Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi" – Mahir Emreli

    27.05.2026 23:20:01
    Futbol

    "Başa düşürdüm ki, getsəm, hər şey yarımçıq qalacaq" - Qurban Berdiyev

    26.05.2026 22:58:42
    Karate

    "Mədinəyə demişdim ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur" – Şahin Atamov

    25.05.2026 12:40:40
    Karate

    "Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir" – Mədinə Sadıqova

    24.05.2026 00:02:11
    Futbol

    "Baş məşqçi dominant futbol oynamağı tələb edir" - Gəncə klubunun futbolçusu

    22.05.2026 15:50:42
    Futbol

    "Dünya çempionatına hazırlıqlar çox yaxşı gedir" – "Kəpəz"in futbolçusu

    22.05.2026 15:07:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Emin Mahmudov daha 2 il "Neftçi"də - Maaşı 50 faiz azaldıldı

    6.06.2026 11:42:33

    Əliyar Ağayevin idarə etdiyi oyunda 5 qol

    6.06.2026 11:14:23

    Millimizin rəqibi Banqladeşə uduzdu

    6.06.2026 10:43:52

    Marko Yankoviç oynadı, komandası heç-heçə etdi

    6.06.2026 10:01:57

    "Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim" - Ayxan Abbasov

    6.06.2026 09:00:17

    Sadıq Sadıqovun ölümünün səbəbi "TikTok"da yayılan videolar imiş

    6.06.2026 00:43:16

    Millimiz Malta ilə bacarmadı

    5.06.2026 23:55:46

    "İşimiz asan olmayacaq" - Zaur Həşimov

    5.06.2026 23:12:44

    Basketbol millimiz Dünya Kubokunun 1/4 finalında

    5.06.2026 22:45:03

    Millimizdə ciddi itki: 8-ci dəqiqədə zədələndi

    5.06.2026 22:19:00

    Sadıq Sadıqov vəfat etdi – SON DƏQİQƏ

    5.06.2026 21:57:21

    Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTOLAR

    5.06.2026 21:11:36

    Azərbaycan - Malta: HEYƏTLƏR

    5.06.2026 21:03:37

    "Neftçi" və "Zirə"nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu

    5.06.2026 20:51:22

    “Yeni transferlərimiz olacaq” - Zaur Həşimov

    5.06.2026 20:36:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved