"Turan Tovuz" bu gün Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Rumıniyanın yüksək liqasında mübarizə aparan “Voluntari” ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bu görüş ötən gün oynanılmalı idi. Lakin Antalyadakı əlverişsiz hava şəraiti səbəbindən matç təxirə salınmışdı.
Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasında 22 xalla 7-ci, "Voluntari" isə Rumıniya çempionatında 24 xalla 13-cüdür.
Əlavə edək ki, "Turan Tovuz" Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 15-də Macarıstan “Şiofok”u və Özbəkistan yüksək liqa klubu “Nasaf”la qarşılaşacaq.
17:00. "Turan Tovuz" - "Voluntari" (Rumıniya)

