"Kəpəz" futbolçusu Elnur Cəfərovu I Liqa klubu "İmişli"yə icarəyə verib. Prosport Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi cari mövsümün sonuna kimi "İmişli"də oynayacaq.