Mövsümün 2-ci yarısına hazırlığı davam etdirən “Sərhədçi” basketbol komandası 2 transfer həyata keçirib.
Prosport.Az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ABŞ-dən olan Troy Kraknell və Kaleb Hanterlə güclənib.
Hər iki oyunçu artıq məşqlərə start verib.
Qeyd edək ki, “Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.

