2023/24 mövsümünün 2-ci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib.
Prosport.Az xəbər verir ki, Premyer Liqanın autsayderi Mozambik millisinin üzvü Kleziu Baukini heyətinə qatıb.
29 yaşlı vingerlə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, afrikalı oyunçu 2019/20 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, 22 oyunda 3 qol vurub. Kleziu Premyer Liqada 18, Azərbaycan Kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.
Futbolçu karyerasına "Feroviariu" klubunda başlayan Kleziu "Benfika" (2012/13), “Benfika B” (2013-2016), “Harisburq Siti Aylanders” (2014), “Panetolikos” (2016-2018), “İstanbulspor” (2018/19), “Zirə” (2020/21), “Maritimu” (2021-23), “Maritimu B” (2021) və “Honka” (2023) klublarının şərəfini qoruyub. Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur. Bauk millidəki 46 oyunda 7 qol vurub.

