Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülmüş Əsgər Əmirəliyev vəfat edib.
Prosport.Az-ın xəbərinə görə, AFFA nümayəndəsi kimi daxili futbol matçlarına təyinat alan Əsgər Əmirəliyev epilepsiyadan əziyyət çəkirdi. Onun infarkt keçirdiyi bildirilir.
Ə.Əmirəliyev Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi işləyərkən 2015-ci ildə Gənclər və İdman Nazirliyinin qərarına əsasən Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb.
Bundan başqa, o, Azərbaycan Respublikası Prezidentinin 2 mart 2010–cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə də təltif olunub.
Qeyd edək ki, Əsgər Əmirəliyevin oğlu Akif Əmirəli FIFA referi köməkçisidir. O, laynsman (yan xətt hakimi) kimi Premyer Liqa oyunlarında hakimlik edir.

