Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.
Prosport.Az xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.
Həm TFF, həm də Superkubokun iştirakçıları olan “Qalatasaray” və “Fənərbağça” klubları yaxın günlərdə təklifə cavab verəcək. Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, ötən il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistan tərəfinin bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınıb. Komandalar meydana çıxmayaraq, ölkəni tərk edib.

