“NTD-İndiqo” daha bir amerikalı basketbolçu ilə güclənib.
Prosport.Az xəbər verir ki, mərkəz hücumçusu Qalen Smit mövsümün sonuna kimi Xaçmaz təmsilçisinin şərəfini qoruyacaq.
25 yaşlı oyunçunun son klubu Gürcüstanın “Kavkasia” klubu olub.
Bununla bərabər, ilk dövrəni “NTD-İndiqo”da keçırdən Brendon Votkins komandanı tərk edib.

