“Səbail”in Türkiyə toplanışı çərçivəsində Rumıniyanın “Universitatya” (Kluj) klubuna qarşı keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, mövsümün ikinci yarısına Antalyada hazırlaşan Azərbaycan təmsilçisi ilk sınağına yanvarın 12-də çıxacaq.
Şahin Diniyevin rəhbərlik etdiyi kollektivin Rumıniya klubu ilə “IS Santai Hotel”inin meydanında keçirəcəyi matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Səbail” 2-ci yoxlama oyununu yanvarın 15-də Rusiyanın Premyer Liqa komandası “Fakel”ə qarşı keçirəcək.

