Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futzal
    "Beşiktaş"a "ok" vermişik deyə, Moldovaya da gedə bilmirik" – Xətai Bağırov
    8.01.2024 12:58:56

    Futzal millimizin üzvü Xətai Bağırovun Prosport.Az saytına müsahibəsi

    – "Araz-Naxçıvan"ın baş məşqçisi Vitali Borisov braziliyalı Erik Danilu, siz və İsa Atayevin komandadan ayrıldığını bildirib...
    – Vitali Borisovun sözləri mənim üçün önəm daşımır. Nə deyib, nə deməyib bilmirəm. Məşqçinin işi zaldadır. Mənim danışığım klub rəhbərliyi ilə olub. İsa ilə məni ötən mövsümün ilk 6 ayında oynadığımız Belçikanın Xent (Gent) şəhərini təmsil edən "Beşiktaş" komandası çağırıb. 3 illik oturum vizası almaq üçün klub bizə sənəd təqdim edib. Bizdə Belçika səfirliyi yoxdur. Bu səbəbdən Türkiyədəki Belçika səfirliyinə oturum almaq üçün müraciət etmişik. Əgər oturum ala bilsək, Belçika I divizionunun II dövrəsinin ortasından "Beşiktaş"a qoşulmalıyıq. "Araz-Naxçıvan" rəhbərliyinə də bildirmişik ki, indidən yerimizə oyunçu transfer edin ki, sonra çempionatda əziyyət çəkməyəsiniz. Sağ olsun klub rəhbərliyi də buna icazə verdi. Biz də oturumun cavabı gələnədək, Belçikaya gedənədək minifutbol çempionatında çıxış edəcəyik. Bildiyiniz kimi, mən "İnter"də oynayan məşqçiyəm. İsa da "Zirə" komandasındadır.

    – Belçikada qış fasiləsi nə vaxt başa çatır?
    – Azərbaycanla aralarında 2 həftə fərq var. Bizim çempionatdan 2 həftə sonra onlarda yarış başlayır. Bizimlə müqavilə 1+1 illik olacaq. Amma 3 illik oturum olduğunu nəzərə alsaq, elə bu 3 illik müqavilə deməkdir. Ötən mövsüm oynadığımız vaxtdan, 1 illik oturumumuz var. Ancaq onun vaxtı başa çatıb.

    – Yeni klubunuz I divizionda çıxış edir. Elitaya çıxmaq üçün komandanın şansları var?
    – Son illər çempionatı 2-ci yerdə bitirirlər deyə, Super Liqaya çıxa bilmirlər. Hazırda 3-cü yerdədirlər. Klub prezidenti türkdür. O, əsas növbəti mövsüm üçün bu transferləri edib. Belçika millisinin 2 oyunçusunu da növbəti mövsüm üçün heyətinə qatacağını deyib.

    – Həm Belçika I divizionunda oynamağınız, həm də minifutbolda çıxış etməyiniz sizin milliyə çağırılmağınızı təhlükə altına atmır?
    – Mən milli komanda üçün can qoymağa hazıram. Dəvət gələcəksə, işimizi yüksək səviyyədə görmək üçün milliyə qatılacağıq. Minifutbolun 90%-i də elə futzaldakı kimidir. Orada oynayıram ki, formamı qoruyub futzala qayıdım. Hazırda Moldovanın Super Liqasından təklifimiz də var. Çempionluğa oynayan komandadır. Bizi yarımmövsümlük müqaviləyə çağırır. Sadəcə, "Beşiktaş"a "ok" vermişik deyə, Moldovaya da gedə bilmirik.

    – Yaxşı, ötən mövsüm "Beşiktaş"a keçidiniz necə baş tutmuşdu?
    – 2019-cu ildə "Araz-Naxçıvan"la Çempionlar Liqasının elit mərhələsini Belçikada keçirirdik. Onların komandası ilə oyundan sonra (Belçikanın Hale şəhərində keçirilən həmin matçda təmsilçimiz "Hale-Xoyk"a (2022-ci ildən "Anderlext" olub) 1:5 uduzub və yeganə qolumuzu Xətai Bağırov vurub – red.) "Beşiktaş"ın 2-ci məşqçisi bizə yaxınlaşdı, türk idi, bizimlə şəkil çəkdirdi, formamızı aldı. Elə söhbət əsnasında dedi ki, Super Liqaya çıxmaq, gələcəkdə sizi də heyətimizdə görmək istəyirik. Ramiz Çovdarovu da istəyirdilər. Amma o indi Almaniyada yaşayır və orada oynayır deyə, təklifdən imtina etdi. Əvvəllər yaxşı formada olduğumuzdan, Belçikanın I divizionuna getmək istəmirdik. Ancaq indi fikrimiz odur ki, ailəvi Avropaya köçək. Ötən mövsüm oradan qayıtmağımızın səbəbi uşaqlarımıza oturum vizası verilməməyi oldu. İndi isə onlara da oturum ala biləcəyik. Çünki əvvəl 1 illik oturum vizamız olub.

    – Vitali Borisovla münasibətləriniz necədir?
    – Onunla heç bir problemim yoxdur. Amma icazəmi rəhbərlikdən almışam. Bəli, onunla əvvəl problemim olub. Bəzi oyunlarda məni meydana buraxmayıb, yalnız çətin durumda qalıb məcburiyyətdən məni oynadıb. Belə şeylərə görə aramızda soyuqluq olub. Amma nə federasiyanın baş katibi Mahmud Sadıqovla, nə də federasiya prezidenti Zaur Axundovla heç bir problemimiz olmayıb.

    – Borisovla milli komandada da bir yerdə oynamısınız. Klubdan ayrılanda da sağollaşmadınız?
    – Şəxsən belə sağollaşmadıq. Amma mənə də, İsaya da zəng edib uğurlar arzuladı.

    – Son olaraq minifutbol barədə də soruşum. Veteran futbolçulardan qurulmuş "İnter"lə ilk turda qələbə qazandıqdan sonra bunun ardı gəlmədi. Veteranlar sözə baxmır?
    – Sözə baxırlar (gülür). Onların çoxu məşqçi işləyirlər deyə bu baxımdan problem yoxdur. Sadəcə, cavanlıqda olan formalarında deyillər. Gücləri əvvəlki güc deyil, yaş öz sözünü deyir.

    – İlk turda Kamran Ağayevin yerinə minifutbol millimizin qapıçısı Elmar Qasımov meydana çıxmışdı. Ağayevin sonrakı turlarda oynamaq imkanı olub?
    – Yox, o hələ formada deyil. Kamran Ağayevlə Ruslan Abışov II dövrədən sonra oynaya biləcək.

    Səbuhi Musa

    Futbol

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02
    Müsahibə

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Futzal

    Çempionlar Liqası: Azərbaycan təmsilçisinin rəqibləri bəlli oldu

    8.07.2026 15:16:31
    Futbol

    Çempionlar Liqası: "Araz-Naxçıvan" mübarizəyə II mərhələdən başlayacaq

    2.07.2026 11:53:09
    Futzal

    "Araz-Naxçıvan"dan ayrılıb, Küveyt klubuna keçdi

    25.06.2026 17:10:01
    Futbol

    "Bizi 2 güclü və mübariz komanda ilə oyunlar gözləyir" - Millimizin baş məşqçisi

    20.06.2026 12:43:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved