Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    İspaniyalı futbolçu "Qarabağ"la vidalaşdı – FOTO
    8.01.2024 11:08:18

    “Qarabağ”ın sabiq futbolçusu Qaspar Panadero Ağdam klubu ilə vidalaşıb.

    Prosport.Az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

    26 yaşlı hücumameyilli oyunçu vida məktubunda komandada işlərinin arzuladığı kimi alınmadığını etiraf edib: “Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl, inanılmaz “Qarabağ” azarkeşləri: vida vaxtı gəldi. Öncə məni layihəyə layiq bildiyi üçün kluba təşəkkürümü bildirirəm. Formanızı geyinmək şərəfdir. Şübhəsiz ki, inanılmaz azarkeşlərə dərin minnətdarlığımı bildirirəm.

    Nəhayət, qeyd etmək istəyirəm ki, müxtəlif şərtlərə görə, performans baxımından mənim üçün ən yaxşı dövr deyildi. Çətin dövrlər oldu. Ən yaxşı oyunumu göstərmək istərdim, lakin buna və onun gətirdiyi hər şeyə uyğunlaşmaq üçün mübarizə apardım. Əmin ola bilərsiniz ki, öhdəliyim və çalışqanlığım maksimum həddə idi. Daha çox fürsət əldə etmək üçün hər şeyi etməyə çalışdım, amma bəzən futbol belə işləyir. Həqiqətən də səviyyəmi nümayiş etdirmək istərdim.

    Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm!”

    Qeyd edək ki, hələ 1 illik müqaviləsi qalan Qaspar Panadero ilə sözləşməyə hələ sentyabrda qarşılıqlı razılaşma əsasında son qoyulub. İlk dəfə olaraq bu barədə Prosport.Az saytı məlumat yayıb. Bundan 3 gün sonra "Qarabağ" rəsmi saytı vasitəsilə bu xəbəri təsdiqləyib. Əldə etdiyimiz məlumata görə, Panadero "Qarabağ"dan təzminat məbləğini indi tam olaraq aldığından, paylaşımı dünən etmək qərarına gəlib.

    View this post on Instagram

    A post shared by Gaspar Panadero Zamora (@gasparpz11)

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved