“Liverpul”dan ayrıldıqdan sonra “Əl-İttifaq”a keçən Cordan Henderson klubdan ayrılmaq istəyir.
Prosport.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanına uyğunlaşa bilmir.
İngilis futbolçu Asiya ölkəsində özünü xoşbəxt hiss etmir. O, yenidən Premyer Liqaya qayıtmaq niyyətindədir.
Henderson “Əl-İttifaq”ın heyətində meydana çıxdığı 19 matçda 5 qol vurub.

